Rusiyanın (Dağıstan Respublikasının) Kaspiysk şəhərində keçirilən güləş üzrə Avropa çempionatının 87 kq üzrə yarımfinalında İslam Abbasova qarşı hakimlərin səhv qərar verdiyini və buna görə onların bir günlük cəzalandırıldığını bildirmişdik.
İslam Abbasov ÇıxışYolu.Com-a verdiyi açıqlamasında bu cəza ilə razılaşmadığını söyləyib:
“Hakimlər Rusiyadan olan idmançılara kömək edir. Bu, əksər görüşlərdə hiss olunur. Düzdür, sonradan sizin sayt vasitəsilə eşitdim ki, hakimlər cəzalandırılıb. Ancaq belə bir həlledici görüşdə onların mənə qarşı haqsızlıq etdiyini nəzərə alsaq, hakimlər turnirdən uzaqlaşdırılmalı idi”.
Qeyd edək ki, İslam Abbasov bürünc medal uğrunda görüşdə isə almaniyalı Denis Kudlaya uduzub. İslamın finala yolunu kəsmiş inquş güləşçi Bəyxan Ozdoyev isə finalda gürcü Robert Kobliaşviliyə uduzaraq qızıl medal qazana bilməyib.
Səbuhi TOFİQOĞLU
www.ÇıxışYolu.Com