Gürcüstanın paytaxtı Tbilisidə Vaxtanq Balavadze və Qivi Kartozianın xatirəsinə həsr olunmuş sərbəst və yunan-Roma güləşi üzrə “Qran-pri” turniri davam edir.
ÇıxışYolu.Com xəbər verir ki, bu gün güləşçilərimiz daha iki medal qazanıb.
İslam Bazarqanov (-57 kq) finalda Gürcüstan təmsilçisi Otari Qoqavaya 4:7 hesabıyla uduzub və bununla da gümüş medala sahiblənib.
Yunan-Roma güləşçimiz Həsən Əliyev (-77 kq) isə qırğız Qeyrətbəy Tuqolbayevi 10:1 hesabıyla məğlub edərək bürünc medal əldə edib.
Qeyd edək ki, bununla da “Qran-pri”də medallarımızın sayı səkkizə çatıb.
Səbuhi Musayev