142a24c2-2f1e-43d8-89d9-60332390d1a2..jpg

İslamı qəbul etdiyini deyən amerikalı ikiqat dünya çempionu insan alveri və zorlamada ittiham edilir

Baxış sayı: 703 dəfə baxılıb.

İslamı qəbul etdiyini deyən amerikalı ikiqat dünya çempionu insan alveri və
zorlamada ittiham edilir

Amerikalı keçmiş kikboksçu, ikiqat dünya çempionu Endryu Teyt və onun qardaşı
Tristan Rumıniyada insan alveri ittihamı ilə saxlanılıblar.

Öz növbəsində Rumıniya prokurorluğu 36 yaşlı Teyt və qardaşının Buxarestdə
saxlanıldıqlarını təsdiqləyib.

36 yaşlı keçmiş kikboksçu insan alveri, zorlama və mütəşəkkil cinayətkar qrup
yaratmaqda şübhəli bilinir.

Qeyd edək ki, cari ilin oktyabrında mediada Endryu Teytin islamı qəbul etməsi
ilə bağlı xəbərlər yayılmışdı.

Birləşmiş Ərəb Əmirliklərində namaz qıldığını əks etdirən videonun yayıldığı
barədə şayiələrdən sonra Teyt islamı qəbul etdiyini publik olaraq təsdiqləyib.

Mənbə: Sky News

Source link