İslamiadanın qalibi olmuş atletimizin cəzasının müddəti bilindi

Baxış sayı: 3. 048 dəfə baxılıb.

İslamiadanın qalibi olmuş atletimizin cəzasının müddəti bilindi

Azərbaycan ağırlıqqaldıranı, IV İslam Həmrəylik Oyunlarının qalibi Anastasiya İbrahimlinin cəzasının müddəti açıqlanıb.

ÇıxışYolu.Com xəbər verir ki, Qazaxıstan doğumlu idmançımızın qanında tapılmış dehidroxlorometil- testosterone maddəsi onun dörd il müddətinə cəzalanmasına səbəb olub.

2013-cü ildə azərbaycanlı bəylə ailə həyatı quraraq soyadını Şvabauerdən İbrahimliyə dəyişdirən Anastasiyanın cəzası ötən ilin 14 avqustundan qüvvəyə minmiş sayılıb. 2021-ci ildə onun cəzası başa çatacaq.

Qeyd edək ki, hazırda dopinqə görə cəzası davam edən idmançılarımız bunlardır: Valentin Xristov, Elxan Əliqulizadə (hər ikisi 14.12.2023-dək), Silviya Anqelova (10.12.2023-dək), Dadaş Dadaşbəyli, Firudin Quliyev, İntiqam Zairov (hər üçü 21.12.2023-dək) və İsa Rüstəmov (24.11.2021-dək). 

Səbuhi MUSAYEV
www.ÇıxışYolu.Com