74877f54-2ce1-4e3b-9508-3ad4a0bdc779..jpg

İslamiadaya cüdo millimizin ikinci heyəti gedəcək

Baxış sayı: 2. 537 dəfə baxılıb.

İslamiadaya cüdo millimizin ikinci heyəti gedəcək

Azərbaycan Cüdo Federasiyası bu il keçiriləcək iki mötəbər turnir vaxtı
seçimdə çətinliklə üzləşib.

Cixisyolu.com xəbər verir ki, 7-14 avqust tarixlərində Özbəkistanın paytaxtı
Daşkənddə dünya çempionatı, 9-18 avqust tarixlərində isə Türkiyənin Konya
şəhərində V İslam Həmrəyliyi Oyunları keçiriləcək.

Bəs federasiya hansı turnirə daha çox önəm verəcək?

Federasiyanın baş katibi Rəşad Rəsulludan bu məsələyə münasibət öyrəndik:

“İslamiadanın özünün tarixinin cüdo üzrə dünya çempionatına görə
dəyişdirilməsi variantı var. Təbii ki, eyni tarixlərdə keçirilsə, biz dünya
çempionatına önəm verəcəyik. Dünya çempionatında 9 əsas idmançımız mübarizə
aparacaq. İslamiadaya isə gənclərdən ibarət olan ikinci komanda ilə qatıla
bilərik. Türkiyə millisinin özü belə əsas millisini dünya çempionatına
göndərməyi düşünür. Belə olan halda, biz niyə dünya çempionatını qoyub, əsas
komandamızı İslamiadaya aparaq ki?!”

Səbuhi Musayev

Source link