d57545c2-6d5f-488d-a9d7-0a549cb63699..jpg

İslamofobiyaya qarşı mübarizə üzrə beynəlxalq konfrans davam edir – FOTO

Baxış sayı: 874 dəfə baxılıb.

İslamofobiyaya qarşı mübarizə üzrə beynəlxalq konfrans davam edir – FOTO

Bakıda “İslamofobiya irqçiliyin və ayrı-seçkiliyin spesifik forması kimi: Yeni
qlobal və transmilli çağırışlar” mövzusunda beynəlxalq konfrans bu gün də işini
panel iclasları ilə davam etdirəcək.

“Report” xəbər verir ki, konfrans BMT Baş Assambleyasının 15 mart tarixini
İslamofobiya ilə Beynəlxalq Mübarizə Günü kimi elan etməsinin bir illiyi ilə
əlaqədar Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi (BBMM), Beynəlxalq
Münasibətlərin Təhlili Mərkəzi və G20 Dinlərarası Dialoq Forumunun birgə
təşkilatçılığı ilə keçirilir.

31 fərqli ölkədən dünyanın tanınmış ekspert və mütəxəssisləri beynəlxalq
konfransa qatılıb.

Konfransın əsas məqsədi beynəlxalq və milli səviyyədə müsəlmanları və
əhalisinin əksəriyyəti müsəlman olan ölkələri hədəf alan həyəcanverici
tendensiyaları müzakirə etmək üçün akademik platforma yaratmaqdır. Xüsusilə
konfransda İslamofobiya ilə mübarizədə kəsişən yanaşma, bəzi Avropa ölkələrində
islamofobiyanın təzahürləri, dünya mediasında islamofobiya mövzularında
müzakirələr aparılır.

Konfransın bölmə iclasları “İslamofobiya və yeni perspektivlərlə mübarizədə
kəsişən yanaşmanın əhəmiyyəti”, “İslamofobiya: Avropa və milli qanunvericilik”,
“Fransada islamofobiya”, “Qərb mədəniyyətlərində müsəlmanlar haqqında
konspirologiya nəzəriyyələri”, “Müstəmləkəçilik, yeni imperializm və
islamofobiya”, “İslamofobiya və mediada nifrət çağırışları”, “İslamofobiya ilə
mübarizədə birgə əməkdaşlıq və beynəlxalq təşkilatların rolu”, “Dini
müxtəlifliyi və dinlərarası hörməti təşviq etməklə harmonik cəmiyyətlərin
qurulması” mövzularını əhatə edir.

Source link