Rusiyada keçirilən DÇ-2018 başa çatdıqdan sonra daha bir milli komandada baş məşqçi istefası gerçəkləşib.
ÇıxışYolu.Com xəbər verir ki, İslandiya yığmasının çalışdırıcısı Heymir Hadlqrimson vəzifəsindən ayrılmağa qərar verib.
Öz istəyi ilə postunu tərk edən mütəxəssis yığma fəaliyyətinə 2011-ci ildə isveçli baş məşqçi Laş Laqerbekin köməkçisi kimi başlayıb. O, istefasının əsl səbəbini açıqlamasa da, komanda ruhu yarada bildikləri üçün futbolçulara təşəkkür edib.
2014-cü ildə baş məşqçi təyin olunan Heymir Haldqrimson millini ölkə futbolu tarixinin ən böyük uğurlarına daşıyıb. Onun rəhbərliyi altında İslandiya tarixində ilk dəfə yüksəldiyi AÇ-2016-da 1/4 finaladək irəliləyib, DÇ-2018-də isə qrupda qalıb.