İslandiyada vulkan püskürməsi nəticəsində evlər yanıb – YENİLƏNİB + FOTO/VİDEO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
İslandiyanın Qrindavik şəhərində bazar günü başlayan vulkan püskürməsi
nəticəsində lava binalara çatıb, iki ev yanıb.
İslandiya Meteorologiya Xidmətinin zəlzələ üzrə mütəxəssisi Benedikt
Halldoursson bildirib ki, qoruyucu maneələr lavanın böyük hissəsini saxlayır.
Qeyd olunur ki, Qrindavik yaxınlığında ikinci yarıq açılıb və oradan lava
püskürür.
19:35
İslandiyanın Reykyanes yarımadasında vulkan püskürməyə baş verib.
Məlumata görə, püskürmə zəlzələdən sonra qeydə alınıb.
Avropa ölkəsinin cənub-qərbində yerləşən bölgədə fövqəladə vəziyyət elan
edilib. Zəlzələnin episentri İslandiyanın Qrindavik şəhərinin şimalında
yerləşir.
Dörd min nəfər əhalisi olan şəhərdə təbii fəlakət bir çox binalara və yollara
ziyan vurub. Qrindavik sakinləri hələ noyabr ayında təxliyə edilib.
Mənbə: lenta.ru