45ca29f8-9d93-4b3f-9ecb-2735191216e4..jpg

İsmail Kartal yeni mövsümdən etibarən “Fənərbağça”nı çalışdırmayacaq

Baxış sayı: 521 dəfə baxılıb.

İsmail Kartal yeni mövsümdən etibarən “Fənərbağça”nı çalışdırmayacaq
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Fənərbağça” klubu baş məşqçi İsmail Kartalla bağlı yekun qərarını verib.

Məlumata görə, Ali Koç klubun prezidenti olaraq qalacağı təqdirdə İsmail
Kartalı vəzifəsindən azad edəcək. Bunun səbəbi isə klub prezidentinin yeni
mövsümdə komandanın başına xarici baş məşqçi gətirmək istəyidir.

Klub rəsmiləri də Türkiyə mediasında yayılan xəbərləri təsdiqləyiblər.

Qeyd edək ki, İsmail Kartal mövsümün əvvəlindən “Fənərbağça” klubunu
çalışdırıb.

Mənbə:Sporx.com

Source link