b69ba498-0155-40bc-b87b-a3daab462583..jpg

İsmayıllı-Lahıc yolunda hərəkət bərpa olundu – YENİLƏNİB + VİDEO

Baxış sayı: 425 dəfə baxılıb.

İsmayıllı-Lahıc yolunda hərəkət bərpa olundu – YENİLƏNİB + VİDEO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

İsmayıllı-Lahıc yolunda nəqliyyat vasitələrinin fasiləsiz və təhlükəsiz
hərəkəti təmin edilib.

Bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən bildirilib.

Bildirilib ki, sözügedən yol qardan təmizlənib, yolun buz bağlamış hissələrinə
qum-duz qarışımı səpilib.

Qeyd edilib ki, bu istiqamətdə işlər davam etdirilir.

10:16

Qarlı hava şəraiti Azərbaycanın bölgələrində nəqliyyatın hərəkətində
çətinliklər yaradıb.

“Report” xəbər verir ki, ölkə ərazisində hökm sürən yağıntılı hava şəraiti
muxtar respublikada nəqliyyatın hərəkətində bir sıra çətinliklər yaradıb.

Hazırda aidiyyəti qurumlar tərəfindən qarın ən çox yağdığı ərazilərdə,
magistral, dağlıq və dağətəyi qəsəbə, kənd yollarının təmizlənmə işləri görülür.

Ötən gecədən ölkə ərazisində yağmağa başlayan güclü qar İsmayıllı rayonunda da
bir sıra çətinliklər yaradıb.

Yağan güclü qar nəticəsində İsmayıllı-Lahıc yolu bağlanıb və bunun nəticəsində
həmin əraziyə insanların və avtomobillərin gediş-gəlişi məhdudlaşdırılıb.

Bundan başqa, səhər saatlarından Lahıcda və yaxın kənd məktəblərində işləyən
müəllimlər yolun bağlanması səbəbindən həmin ərazidə olan təhsil ocaqlarına
gedə bilməyiblər. Hazırda yolun açılması istiqamətində İsmayıllı Rayon 5
nömrəli Yol-istismar İdarəsinin canlı qüvvəsi və texnikası əraziyə cəlb olunub.

Sürücülərdən həmin yollardan müvəqqəti olaraq istifadə etməmələri tövsiyə
olunur. Hazırda rayon ərazisində güclü qar yağıntısı davam edir.

Source link