c2ceda87-1f16-44ca-b240-69cd2237dbee..jpg

İsmayıllıda 24 yaşlı oğlan tüfənglə özünü öldürüb

Baxış sayı: 2. 644 dəfə baxılıb.

İsmayıllıda 24 yaşlı oğlan tüfənglə özünü öldürüb

Bu gün İsmayıllı rayonunun Talıstan kəndində intihar hadisəsi baş verib.

“Report”un Yuxarı Şirvan bürosu xəbər verir ki, kənd sakini, 1999-cu il
təvəllüdlü Musayev Məhəmməd Mütəllim oğlu yaşadığı evdə ov tüfəngindən özünə
atəş açıb.

Baş nahiyəsindən güllə yarası alan M.Musayev hadisə yerində dünyasını dəyişib.

Hazırda rayonun hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerindədir.

M.Musayevin özünə qəsd etməsinin səbəbi hələlik bilinmir.

Faktla bağlı İsmayıllı Rayon Prokurorluğunda araşdırma aparılır.

Source link