c38c3de2-0b4a-4cae-9a48-b0205e66e43e..jpg

İsmayıllıda 65 yaşlı kişi kəsici alətlə qətlə yetirilib: Saxlanılan var – YENİLƏNİB

Baxış sayı: 444 dəfə baxılıb.

İsmayıllıda 65 yaşlı kişi kəsici alətlə qətlə yetirilib: Saxlanılan var –
YENİLƏNİB

Sentyabrın 30-u İsmayıllı şəhər sakini 1958-ci il təvəllüdlü Füzuli
Ağamalıyevin müalicə aldığı xəstəxanada ölməsi barədə rayon prokurorluğuna
məlumat daxil olub.

Bu barədə İsmayıllı Rayon Prokurorluğu məlumat yayıb.

İlkin araşdırma zamanı 1979-cu il təvəllüdlü Elçin Mirzəzadənin şəhər
ərazisində yerləşən ictimai-iaşə obyektlərindən birində kəsici-deşici alətlə
Füzuli Ağamalıyevə xəsarət yetirməsi və sonuncunun həmin xəsarət nəticəsində
ölməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı İsmayıllı Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 126.3-cü
(qəsdən sağlamlığa ağır zərər vurma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə
səbəb olduqda) maddəsi ilə cinayət işi başlanaraq istintaq aparılır. Elçin
Mirzəzadə iş üzrə şübhəli şəxs qismində tutulub.

20:45

Sentyabrın 30-u saat 18 radələrində İsmayıllı şəhər sakini 1958-ci il
təvəllüdlü Füzuli Səmid oğlu Ağamalıyevin kəsilmiş-deşilmiş xəsarətlərlə
xəstəxanaya yerləşdirilməsi, göstərilən tibbi yardımlara baxmayaraq ölməsi
barədə polisə məlumat daxil olub.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Şəki regional qrupundan
bildirilib ki, polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə F.Ağamalıyevə
kəsici alətlə xəsarət yetirib onu öldürməkdə şübhəli bilinən 1979-cu il
təvəllüdlü Elçin Əfqan oğlu Mirzəzadə saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

Source link