bcfe4ba3-6ffd-4419-84df-008423f61483..jpg

İsmayıllıda buzlu yol yeddi avtomobilin toqquşmasına səbəb oldu: Yaralılar var

Baxış sayı: 681 dəfə baxılıb.

İsmayıllıda buzlu yol yeddi avtomobilin toqquşmasına səbəb oldu: Yaralılar var

İsmayıllı rayonunun Basqal qəsəbəsində xəsarətlə nəticələnən zəncirvari
yol-nəqliyyat hadisəsi baş verib.

“Report” xəbər verir ki, axşam saatlarında yolun buz bağlaması səbəbindən 7
minik avtomobili – “Mercedes”, “Opel”, “Qazel”, “Ford”, “Toyota Prius”,
“Hyundai SantaFe” və VAZ-2107 markalı minik avtomobilləri bir-birinə çırpılıb,
bəzi nəqliyyat vasitələri zərbənin təsirindən yoldan çıxaraq aşıb.

Hadisə zamanı 1968-ci il təvəllüdlü Şükürov Zabil Müqabil oğlu, 1988-ci il
təvəllüdlü İsrafilov Mövlud Qiyas oğlu xəsarət alıblar.

Yaralılar təcili tibbi yardım avtomobili ilə Şamaxı rayon Mərkəzi
Xəstəxanasına çatdırılıblar.

Faktla bağlı araşdırma aparılır.

Source link