İsmayıllıda evində çətənə bitkisi yetişdirən şəxs saxlanılıb
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
İsmayıllı Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri “Xaşxaş-2024”
şərti adlı kompleks əməliyyat-axtarış tədbirləri zamanı narkotik tərkibli
bitkilərin kultivasiyası ilə məşğul olan rayon sakini Aqil Rəcəbalıyev
saxlanılıb.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən
məlumata görə, onun yaşadığı ünvana baxış keçirilərkən aqrotexniki qulluq
göstərilmiş 19 ədəd çətənə bitkisinin şitilləri aşkar edilib.
Faktla bağlı araşdırma aparılır.