371a572b-7115-4695-8d26-105cea273b60..jpg

İsmayıllıda günlərdir yağan qar fəsadsız ötüşməyib – FOTO

Baxış sayı: 1. 026 dəfə baxılıb.

İsmayıllıda günlərdir yağan qar fəsadsız ötüşməyib – FOTO

İsmayıllı rayonunda günlərdir yağan qar fəsadsız ötüşməyib.

“Report” xəbər verir ki, rayonun Cülyan kəndində yaşayan Ağayev Raqif Əsgər
oğluna məxsus evin qarşısındakı çardaq son günlər yağan qarın ağırlığına tab
gətirməyərək çöküb.

Çardağın dağıntıları altında qalan “Mercedes” markalı minik avtomobili
yararsız hala düşüb.

Çardağın uçması və avtomobilin əzilməsi nəticəsində ev sahibinə ümumilikdə beş
min manatdan çox maddi ziyan dəyib.

Source link