cc4633c7-bd15-49f3-86b3-d05596f9fa41..jpg

İsmayıllıda həmkəndlisinin evindən qızıl və pul oğurlayan şəxs tutulub

Baxış sayı: 784 dəfə baxılıb.

İsmayıllıda həmkəndlisinin evindən qızıl və pul oğurlayan şəxs tutulub

İsmayıllı rayonunun Qubaxəlilli kəndində yerləşən fərdi yaşayış evindən
oğurluq edilib. Gecə saatlarında evə daxil olan naməlum şəxs oradan 1500 manat
dəyərində qızıl-zinət əşyaları və pul oğurlayıb.

Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupu
məlumat yayıb.

Bildirilib ki, İsmayıllı Rayon Polis Şöbəsinə məlumat daxil olduğu andan
cinayəti törədən şəxsin axtarışlarına başlanılıb. Keçirilmiş təxirəsalınmaz
əməliyyat tədbiri nəticəsində oğurluğu etməkdə şübhəli bilinən zərərçəkmişin
həmkəndlisi Kamran Qarayev tutularaq istintaqa təqdim edilib. Onun oğurladığı
qızılların hamısı yaşadığı ünvanda gizlətdiyi yerdən maddi sübut kimi götürülüb.

Faktla bağlı cinayət işi başlanılıb, K.Qarayevin digər cinayətlərdə
iştirakının olub-olmaması araşdırılır.

Source link