İsmayıllı Rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə
İvanovka və Qalacıq kəndlərindəki meşə massivlərində ağacların naməlum şəxslər
tərəfindən qanunsuz kəsilməsi faktları aşkar olunub.
Bu barədə Cixisyolu.com-a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional
qrupundan bildirilib.
Məlumata görə, 6 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin
əməkdaşları ilə birgə əraziyə baxış keçirilib və əməli törədən 8 nəfər polis
əməkdaşları tərəfindən müəyyən olunaraq saxlanılıb.
Faktlarla bağlı araşdırmalar davam etdirilir.