488a4d09-f2b0-477e-b38c-ad3724e8327f.jpg

İsmayıllıda narkotiklərin dövriyyəsini təşkil edən şəxs saxlanılıb

Baxış sayı: 33 dəfə baxılıb.

İsmayıllı Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat zamanı
narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan 54 yaşlı İxtiyar
Mehdiyev saxlanılıb.

Cixisyolu.com xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin
Şəki regional qrupu məlumat yayıb.

Bildirilib ki, onun yaşadığı ünvana baxış keçirilərkən kultivasiya edilərək
yetişdirilən 25 ədəd çətənə kolu, 4 kiloqram marixuana və qanunsuz saxladığı ov
tüfəngi aşkar edilib. İ.Mehdiyevin narkotik vasitələri qazanc əldə etmək
məqsədilə saxladığı müəyyən olunub.

Faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.

Source link