29dd0a3b-31f5-45e6-bec6-f5d7c418ad1e.jpg

İsmayıllıda qanunsuz ov edən şəxslər saxlanılıblar

Baxış sayı: 35 dəfə baxılıb.

İsmayıllı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən qanunsuz ov hallarının
qarşısının alınması məqsədilə keçirilən tədbirlər zamanı rayonun Qalınçaq kəndi
ərazisində qanunsuz ov edən iki nəfər saxlanılıb.

Cixisyolu.com-ın məlumatına görə, həmin şəxslərdən iki ov tüfəngi, həmin silaha aid
patronlar və qanunsuz olaraq ovlanmış çöl quşları aşkarlanaraq götürülüb.

Faktla bağlı araşdırma aparılır.

Source link