43ff92a8-02a4-43de-a028-830d902237d1..jpg

İsmayıllıda tanışını bıçaqlayan şəxs saxlanılıb – YENİLƏNİB

Baxış sayı: 660 dəfə baxılıb.

İsmayıllıda tanışını bıçaqlayan şəxs saxlanılıb – YENİLƏNİB

Ehtiyatsızlıqdan tanışının ölümünə səbəb olan şəxs saxlanılıb.

Bu barədə İsmayıllı Rayon Prokurorluğundan məlumat verilib.

Bildirilib ki, sentyabrın 10-da İsmayıllı rayon sakini Ramin Cəfərovun müalicə
aldığı xəstəxanada ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

İlkin araşdırma zamanı 1960-cı il təvəllüdlü Şamaxı şəhər sakini Şakir
Sadayevin sentyabrın 9-da İsmayıllı rayonunun Ərəgit kəndi ərazisində
aralarında yaranmış mübahisə zamanı Ramin Cəfərova kəsici-deşici alətlə
çoxsaylı xəsarətlər yetirməsi və sonuncunun növbəti gün həmin xəsarətlərdən
müalicə aldığı xəstəxanada ölməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı İsmayıllı Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 126.3-cü
(qəsdən sağlamlığa ağır zərər vurma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə
səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb, Şakir Sadayev şübhəli şəxs
qismində tutulub.

İbtidai istintaq davam etdirilir.

10:36

Sentyabrın 9-da saat 7 radələrində 1979-cu il təvəllüdlü Ramin Baldadaş oğlu
Cəfərovun İsmayıllı rayonunda qəsəbələrin birində kəsilmiş-deşilmiş
xəsarətlərlə xəstəxanaya yerləşdirilməsi, göstərilən tibbi yardımlara
baxmayaraq bir gün sonra ölməsi barədə polisə məlumat daxil olub.

DİN-in mətbuat xidmətinin regional qrupundan bildirilib ki, polis əməkdaşları
tərəfindən keçirilən tədbirlər nəticəsində R.Cəfərova kəsici alətlə xəsarət
yetirməkdə şübhəli bilinən 1960-cı il təvəllüdlü Şakir Ağasəməd oğlu Sadayev
saxlanılıb.

Faktla bağlı cinayət işi başlanılıb.

Source link