2b714927-84ee-4683-98d2-7c68d161b6f7..jpg

İsmayıllıda zəlzələ baş verməsi ilə bağlı yayılan məlumata aydınlıq gətirilib

Baxış sayı: 802 dəfə baxılıb.

İsmayıllıda zəlzələ baş verməsi ilə bağlı yayılan məlumata aydınlıq gətirilib

Sosial şəbəkədə İsmayıllıda zəlzələ baş verməsi ilə bağlı məlumat yayılıb.

APA xəbər verir ki, Türkiyədə baş verən zəlzələdən sonra belə məlumatın
yayılması insanlar arasında təşvişə səbəb olub.

Məsələ ilə bağlı Respublika Seysmoloji Xidmət Mərkəzindən verilən açıqlamada
bildirilib ki, yayılan məlumat şayiədir. Qeyd edilib ki, ümumiyyətlə, zəlzələ
baş verən zaman bu barədə operativ olaraq mərkəzin saytında məlumat paylaşılır.

Source link