2e0e73a2-32b5-4f8a-bc45-2595150fc54b.jpg

İsmayıllının dörd kəndinin şagirdləri təhsilsiz qalıblar

Baxış sayı: 251 dəfə baxılıb.

İsmayıllının dörd kəndinin şagirdləri 10 gündür dərsə getmirlər.

Belə ki, şagirdlər keçən il qonşu kənddəki məktəbə nəqliyyat vasitələri ilə
aparılsalar da, bu il daşınma dayandırılıb. Bu səbəbdən İsmayıllı rayonunun
dörd kəndindən 52 şagird günlərdir dərsə getmir.

Yeniyol, Tircan-Ferma, Zərgəran, Pirəbilqasım kəndlərində yaranan bu problemlə
bağlı valideynlər “Xəzər Xəbər”ə müraciət ediblər.

Onların sözlərinə görə, oktyabr ayının 1-dən şagirdlərin daşınması üçün
ayrılan nəqliyyat vasitələrinin səbəb göstərilmədən fəaliyyəti dayandırılıb.

Dağlıq Şirvan Regional Təhsil İdarəsindən bildirilib ki, qurumun tabeliyində
fəaliyyət göstərən bir sıra ümumi təhsil müəssisələrində təhsilin keyfiyyətinin
yüksəldilməsi və şagirdlər üçün daha geniş imkanların təmin edilməsi məqsədilə
optimallaşdırma, yəni məktəblərin birləşdirilməsi tədbirləri həyata keçirilir:

“İsmayıllı rayonunun dörd kəndində say azlığı səbəbindən şagirdlər rayonun
Təzəkənd kənd tam orta məktəbinə köçürülüblər. 52 məktəblinin ötən tədris
ilində ayrılmış nəqliyyat vasitəsi ilə daşınması təmin edilib. Bu proses yeni
tədris ilində oktyabrın birinə kimi davam edib və daşıyıcı şirkətlə müqaviləyə
xitam verilib. Hazırda şagirdlərin daşınmasını həyata keçirmək üçün başqa
şirkətlərlə aparılan danışıqlar davam etdirilir. Proses yaxın günlərdə bərpa
ediləcək”.

Ətraflı süjetdə:

İsmayıllının dörd kəndinin şagirdləri təhsilsiz qalıblar
İsmayıllının dörd kəndinin şagirdləri təhsilsiz qalıblar

Source link