İspaniyanın aparıcı qəzetlərindən sayılan ABC-nin direktoru Bieyto Rubido Ramonde yerli telekanala verdiyi müsahibədə çətin duruma düşüb.
ÇıxışYolu.Com “Daily Mail”ə istinadən xəbər verir ki, hadisə “A24” telekanalının canlı yayımlanan verlişində baş verib.
Verlişə qonaq gəlmiş əməkdar jurnalist aparıcının əlini sıxmağa çalışan zaman, özünü bir qədər qabağa verib. Lakin yerinə geri oturmaq istəyərkən, diyircəkli kreslo onun altından sürüşüb və Bieyto Ramonde qışqırıq sədası altında yerə yıxılıb.
Lakin jurnalist özünü itirməyib və gülümsəyərək verlişdə iştirakını davam etdirib.