AVRO-2020-nin seçmə mərhələsində növbəti oyunlar keçirilib.
ÇıxışYolu.Com xəbər verir ki, D, F və J qruplarında qarşılaşmalar baş tutub.
Bu görüşlərdən öncə iki komandanın – İtaliya və İspaniyanın qələbə sayəsində AÇ-yə vəsiqəni erkən təmin etmək şansı olsa da, onlardan biri bunu bacarıb.
F qrupunda yer alan İspaniya Norveçin qonağı olub və xal itirərək bu şansı əldən verib.
Yunanıstanı qəbul edən İtaliya isə inamlı qələbə ilə erkən sevincə nail olub.
Digər matçlardakı nəticələri təqdim edirik.
AVRO-2020-nin seçmə mərhələsi
VII tur
12 oktyabr
D qrupu
Gürcüstan – İrlandiya 0:0
Danimarka – İsveçrə 1:0
Qol: Poulsen, 84.
F qrupu
Farer adaları – Rumıniya 0:3
Qollar: Puşkaş, 74. Mitrita, 83. Keseru, 90+4.
Norveç – İspaniya 1:1
Qollar: Kinq, 90+4-pen – Saul, 47.
Malta – İsveç 0:4
Qollar: Danielson, 11. Larsson, 58-pen; 71-pen. Aqius, 66-öz qapısına.
J qrupu
Bosniya və Herseqovina – Finlandiya 4:1
Qollar: Hayroviç, 29. Pyaniç, 37-pen; 58. Hodziç, 73 – Pohjanpalo, 79.
Lixtenşteyn – Ermənistan 1:1
Qollar: Frik, 72 – Barseqyan, 19.
İtaliya – Yunanıstan 2:0
Qollar: Jorjinyo, 63-pen. Bernardeski, 78.