İspaniya Futbol Federasiyasına tanınmış keçmiş hakim rəhbərlik edə bilər
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Luis Rubialeslə bağlı qalmaqaldan və ardınca onun istefasından sonra İspaniya
Kral Futbol Federasiyası yeni prezidentini seçməyə hazırlaşır.
Çoxsaylı iddiaçılar arasında geniş futbolsevərlərə yaxşı məlum olan bir ad
peyda olub.
Məlumata görə, vakant yeri tutmaq üçün favorit may ayında yaşıl meydançaları
tərk edən tanınmış hakim Antonio Mateu Laosdur.
Gözlənilir ki, Laos bir çox klubların, hakimlər korpusunun, FİFA, La Liqa və
bir sıra regional federasiya prezidentlərinin dəstəyini alacaq
Qeyd edək ki, Laos federasiyaya prezident seçkilərində iştirak etmək niyyətini
hələ rəsmən açıqlamayıb.
Mənbə: Marca