İspaniya kəşfiyyat əməkdaşlarına rüşvət verən ABŞ diplomatları ölkədən qovulub
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
ABŞ-nin İspaniyadakı səfirliyinin ən azı iki əməkdaşı pul müqabilində məxfi
məlumatlara çıxış əldə etmək üçün krallığın kəşfiyyatçılarını işə cəlb edib.
Məlumata görə, onlar İspaniya Milli Kəşfiyyat Mərkəzinin (CNI) iki əməkdaşına
məlumat əldə etmək üçün rüşvət veriblər.
İstintaq zamanı müəyyən edilib ki, rüşvət alan birinci şübhəli şəxs CNI
departamentlərindən birinin rəhbəri, ikincisi isə onun köməkçisidir. Ölkənin
cinayət qanunlarına görə, hər ikisini 12 ilə qədər həbs gözləyir.
İstintaqın nəticəsi prokurorluğa və məhkəməyə göndərilib.
Ameriaklı diplomatlara gəlincə isə onlar ölkədən qovulublar.
Mənbə: rbc.ru