c250ea22-4baf-486c-ac50-a750445cc92a..jpg

İspaniya La Liqasının prezidenti istefa verdi

Baxış sayı: 632 dəfə baxılıb.

İspaniya La Liqasının prezidenti istefa verdi
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

İspaniyada 1-ci və 2-ci liqalarda mübarizə aparan 42 futbol klubunun daxil
olduğu La Liqanın prezidenti Xavyer Tebas istefa verib.

Bu səbəbdən 2024-cü ildə keçiriləcək olan La Liqa prezident seçkilərinin il
ərzində baş tutması gözlənilir.

İspaniya mətbuatında 2013-cü ildən bəri üç müddətdir ölkə La Liqasının
prezidenti vəzifəsini icra edən Tebasın istefasının yenidən seçilmək məqsədi
daşıdığı iddiaları yer alıb.

Xavyer Tebas vəzifədə olduğu müddətdə futbolda danışılmış oyunlara hərtərəfli
nəzarət, irqçiliklə mübarizə, klublara iqtisadi nəzarət və televiziya
hüquqlarının bölüşdürülməsi ilə bağlı atdığı addımlarla diqqət çəkib. Onun ilin
sonundan əvvəl keçirilməsi gözlənilən seçkilərdə qarşısına namizəd çıxmayacağı
təqdirdə La Liqada dördüncü müddət üçün prezidentlik vəzifəsini icra edəcəyi
qeyd edilir.

Eyni zamanda La Liqada prezident seçkisinin gələn il keçiriləcək İspaniya
Futbol Federasiyasına başçı seçkisi ilə toqquşmaması üçün belə bir addım
atıldığı ilə bağlı da fikirlər mövcuddur.

Mənbə: Haber Global

Source link