İspaniya millisinin yeni baş məşqçisi Luis Enrike olacaq.
ÇıxışYolu.Com xəbər verir ki, İspaniya Futbol Federasiyası təcrübəli çalışdırıcı ilə iki illik müqavilə imzalayacaq.
“Barselona”dan ayrıldıqdan sonra işsiz qalan Luis Enrike oyunlarından dördü Bakıda keçiriləcək Avro-2020-nin sonunadək yığmanın başında olacaq. Dünya çempionatında baş məşqçi postuna təyin olunmuş Fernando Yero isə idman direktoru vəzifəsinə geri qaytarılıb.
Qeyd edək ki, İspaniya dünya çempionatında 1/8 finalda penalti zərbələri sonunda Rusiyaya məğlub olaraq, mübarizəni dayandırıb.