7e0c2ba9-1fbe-4866-8d3d-71029ba472ba..jpg

İspaniya Prokurorluğu “Barselona”nı korrupsiyada ittiham etdi

Baxış sayı: 744 dəfə baxılıb.

İspaniya Prokurorluğu “Barselona”nı korrupsiyada ittiham etdi

İspaniya Prokurorluğu “Barselona” futbol klubuna ittiham irəli sürüb.

Hakimlərin Texniki Komitəsinin (CTA) keçmiş vitse-prezidenti Xose Mariya
Enrikes Neqreyra, “Barselona”nın keçmiş prezidentləri Sandro Rossel və Xosep
Mariya Bartomeu və onların direktorları Oskar Qrau və Albert Soler, həmçinin
hüquqi şəxs kimi “Barselona”nın özü prokurorluq tərəfindən ittiham olunub.

Onların idman fırıldaqçılığı, saxta idarəçilik və sənədlərin saxtalaşdırılması
şəklində biznes korrupsiya cinayətləri törətdikləri bildirilir.

Prokurorluq qeyd edir ki, “Barselona” Sandro Rossel və Xosep Mariya Bartomeu
vasitəsilə təqsirləndirilən Enrikes Neqreyra ilə ciddi məxfi şifahi razılaşma
əldə edib və bu razılaşmanı qüvvədə saxlayıb.

Neqreyra isə klub tərəfindən keçirilən matçlarda pul müqabilində hakimlərin
qərarlarlarına təsir edərək yarışın nəticələrinin “Barselona”nın xeyrinə
dəyişməsinə nail olub.

Həmçinin Neqreyra dövlət və peşəkar səviyyəli rəsmi İspan yarışlarının hər bir
matçına CTA çərçivəsində təyinat alan hakimlər, onların rütbələrinin aşağı
salınması və yüksəldilməsi, habelə beynəlxalq arbitrliyə namizədlərin təklifi
kimi qərarların verilməsinə təsir göstərib.

İstintaq hesab edir ki, 2001-2018-ci illər arasında Neqreyra hakimlərlə bağlı
“Barselona”ya məsləhət verdiyinə görə 6,6 milyon avrodan çox pul alıb.

Neqreyra özü artıq ifadə verib və bildirib ki, nağd ödənişlər konsultasiya
qarşılığında verilib və hakimlərin “Barselona” ilə daha yaxşı rəftar etmələri
üçün rüşvət deyil.

Mənbə: Sport-express.ru

Source link