İspaniya qırıcısının Estoniyanın hava məkanında olarkən təsadüfən raket atəşi açması bu ölkənin Hərbi Hava Qüvvələrinə məxsus hərbi təyyarələrin Baltik ölkələri üzərində uçuşlarına qadağa qoyulması ilə nəticələnib.
ÇıxışYolu.Com xəbər verir ki, bu barədə Estoniyanın müdafiə naziri Yuri Luyk bildirib.
Onun sözlərinə əsasən, hadisənin bütün təfərrüatları tam araşdırılana qədər ispaniyalı pilotlar Baltik ölkələrin səmasına buraxılmayacaqlar.
O həmçinin əlavə edib ki, İspaniya qırıcılarının əvəzinə missiyanı Portuqaliya hərbi təyyarələri həyata keçirəcəklər.
Luyk qeyd edib ki, baş verən hadisə “təəssüf doğurur”.