İspaniya tarixində ilk dəfə daun sindromlu qadın deputat olub
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
İspaniya tarixində ilk dəfə daun sindromlu qadın deputat olub. Bu 46 yaşlı Mar
Galserandır.
Məlumata görə, o, boş vaxtlarında atletika və rəqslə məşğul olur,
xəstəxanalarda yaşlılara könüllü kimi qulluq edir.
O, karyerasına 18 yaşından başlayıb – mühafizəkar Xalq Partiyasına qoşulub.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində o, kiçik mütəxəssisdən aparıcı
menecerə qədər yüksəlib, hətta sonra Valensiya səhiyyə nazirinin müavini
vəzifəsini də tutub.
Mənbə: KP.ru