İspaniyada qadınlara qarşı dələduzluq edən şəxs saxlanılıb.
ÇıxışYolu.Com xəbər verir ki, “Don Xuan de Marin” ləqəbli 42 yaşlı Rodriqo Noqeyru Madriddə ələ keçib.
Bildirilir ki, o, 100-dək qadını aldada bilərdi.
Sosial şəbəkələrdə əsasən tənha qadınlarla tanış olan müasir “Don Juan” özünü müxtəlif sahələrin mütəxəssisi kimi təqdim edib, hər dəfə xarici görünüşü dəyişib.
Alfons qadınların yaşadıqları bölgələrə yollanaraq yaxınlarının müalicəsi adı ilə onlardan pul istəyirmiş, istəyinə çatdıqdan sonra isə yoxa çıxırmış.