5945e7b5-74ea-441f-b523-882ca7782838.jpg

İspaniyada bir sıra futbol matçları yenidən təxirə salınıb

Baxış sayı: 171 dəfə baxılıb.

İspaniya Kral Futbol Federasiyası (RFEF) növbəti dəfə daşqın səbəbindən futbol
matçlarını təxirə salmaq məcburiyyətində qalıb.

Cixisyolu.com xəbər verir ki, bu barədə “Mundo Deportivo” məlumat yayıb.

Mənbə “Exeya” – “Erkules” matçının noyabrın 14-də, “Pontevedra” – “Levante”
matçının isə noyabrın 19-da oynanılacağını iddia edir. Həmçinin, iki oyun daha
gec tarixə təxirə salınıb: “Parla Eskuela” – “Valensiya” və “Manises” –
“Xetafe” matçları noyabrın 26-da keçiriləcək. “Xove” – “Real Sosyedad” matçının
tarixi daha sonra müəyyənləşəcək.

Xatırladaq ki, bu yaxınlarda İspaniyada son 30 ilin ən güclü daşqını baş
verib. Güclü yağışlar Valensiya muxtar icmasına və bir sıra digər ərazilərə
ziyan vurub.

Source link