773091d1-7789-4116-9033-2e540df9fc48.webp

İspaniyada daşqınların qurbanları arasında Azərbaycan vətəndaşları var? – RƏSMİ

Baxış sayı: 166 dəfə baxılıb.

“İspaniyanın Valensiya şəhərində baş verən daşqınlarda ölən və yaralananlar
arasında Azərbaycan vətəndaşı yoxdur”.

Bu barədə “Trend”in sorğusuna cavab olaraq Azərbaycan Respublikasının Xarici
İşlər Nazirliyinin Mətbuat Xidməti idarəsinin rəisi Ayxan Hacızadə bildirib.

O, həmçinin qeyd edib ki, Azərbaycanın İspaniyadakı səfirliyinə təxliyə ilə
bağlı ölkəmizin vətəndaşlarından müraciət daxil olmayıb.

Qeyd edək ki, İspaniyanın Valensiya şəhərində baş verən daşqınlar nəticəsində
azı 70 nəfərhəyatını itirib

.

Xatırladaq ki, bundan əvvəl Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi
İspaniya tərəfinə bu ölkədə baş verən daşqınlarda insanların həlak olması ilə
bağlı başsağlığı verib.

Source link