İspaniyada ənənəvi olaraq keçirilən San-Fermin bayramında ən azı beş nəfər öküzlərlə qaçış zamanı xəsarət alıb.
ÇıxışYolu.Com-ın RİA Novosti-yə istinadla verdiyi xəbərə görə, bu barədə EFE agentliyi məlumat yayıb.
Agentliyin məlumatına görə, dörd nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb, bir nəfəri ilə öküz ciddi yaralayıb.
San-Fermin bayramı hər il İspaniyada iyulun 6-dan 14-nə qədər keçirilir. Doqquz gün ərzində 500-dən çox tədbir təşkil edilir. Bunlardan ən məşhuru isə enserros – küçədə öküzlərlə qaçışdır. Daha çox xəstəxanalara bayramdan xəbərsiz olan turistlər yerləşdirilir.