69c2559f-84bc-4e12-8dbd-5b8030fdfe38..jpg

İspaniyada Pikassonun “Gernika” əsərinin fotoçəkilişinə qoyulmuş 30 illik qadağa ləğv edilib

Baxış sayı: 626 dəfə baxılıb.

İspaniyada Pikassonun “Gernika” əsərinin fotoçəkilişinə qoyulmuş 30 illik
qadağa ləğv edilib

İspaniyanın Madrid şəhərindəki kraliça Sofia Muzeyinin yeni rəhbərliyi Pablo
Pikassonun “Gernika” əsərinin fotoçəkilişinə qoyulan qadağanı aradan qaldırmaq
qərarına gəlib. Bu qadağa 1992-ci ildən qüvvədə idi.

İncəsənət əsərini fotokameranın işığı ilə zədələməmək üçün foto çəkməyə icazə
verilmirdi. Bu qadağanı ləğv etməklə qalereya yeni ziyarətçilər cəlb etmək
istəyir. İlk növbədə, söhbət “dünyanı hər cür ekran vasitəsilə dərk edən”
gənclərdən gedir.

Qeyd edək ki, Gernika 1937-ci il aprelin sonunda nasistlər tərəfindən
dağıdılmış Bask şəhəridir. Ümumilikdə, təyyarələr yaşayış məntəqəsinə 22 ton
bomba atıb. Şəhərin mərkəzi demək olar ki, yer üzündən silinib, binaların
70%-dən çoxu tamamilə və ya qismən dağılıb, 1600 nəfər həlak olub. Pikasso bu
əsəri İspaniya hökumətinin sifarişi ilə yaradıb. Sənətçi əsəri may ayında
təqdim edib. Hündürlüyü 3,5 metr və eni 7,8 metr olan nəhəng kətan üzərində
olan əsəri rəssam bir ay ərzində ağ-qara rəngli yağlı boya ilə çəkib. Əsər
90-cı illərin əvvəllərindən bəri kraliça Sofia Muzeyində daimi nümayiş
etdirilir.

Mənbə: Mir24

Source link