İspaniyada “Qarabağ” idman klubu açıldı

Baxış sayı: 1. 929 dəfə baxılıb.

İspaniyada yaşayan azərbaycanlı idmançı “Qarabağ” idman klubu açıb.

Bu barədə ÇıxışYolu.Com-a diaspor məsələləri üzrə ekspert Elnur Eltürk məlumat verib.

E.Eltürk bildirib ki, klubun rəhbəri Şamo Eyvazov peşəkar kikboksinq üzrə İspaniya çempionudur:

“Vətənpər və ürəyi Azərbaycanla döyünən insandır. Bu onun çoxdankı arzusu idi. Məqsəd klubda həm idmançı yetişdirmək, həm də “Qarabağ”ın adını yaşatmaqdır. Xüsusilə idmançıları klubun adı altında nüfuzlu yarışlara çıxarmaqdır”.

Klub sentyabrın 2-dən fəaliyyətə başlayacaq.

Ş.Eyvazov 20 aprel 1992-ci ildə Neftçala rayonu Qaçaqkənd kəndində anadan olub. 2009-cu ildə həmin kənddə Nəriman Bəşirov adına tam orta məktəbi bitirib. 10 ildən çoxdur ki, ailəsi ilə birlikdə İspaniya Kantabriya vilayətinin Torrelaveqa şəhərində yaşayır.

Şamo bu günə qədər 64 döyüş keçirib. Onun 51-i qələbə ilə başa çatıb.