d2a4fed7-6852-403c-9107-9dbe827e1326.jpg

İspaniyadakı fəlakət azərbaycanlının dilindən: “İtkilərin sayının artacağı gözlənilir”

Baxış sayı: 91 dəfə baxılıb.

Bir neçə gün əvvəl İspaniyada meydana gələn qasırğanın

fəsadları durmadan artır. Hökumət təbii fəlakətin fəsadlarını aradan qaldırmaq
üçün səfərbər olsa da, mülki binalara və infrastruktura dəyən zərər artmaqda
davam edir. Təbii fəlakət fonunda İspaniyanın dövlət meteoroloji agentliyi
Valensiyada qırmızı, Əndəlüsün bəzi yerlərində narıncı həyəcan siqnalı elan
edib. Hətta bu hadisə 1967-ci ildə Portuqaliyada baş verən daşqınlardan sonra
Avropada ən böyük fəlakət hesab olunur. Lakin problemin aradan qaldırılmaması
xalqı daha da qəzəbləndirib. Yerli sakinlər əraziyə baş çəkən İspaniya KralıVI
Filip in üzərinə
zibil və palçıq atıb, “qatil” şüarları səsləndiriblər. Çünki yerli sakinlər
İspaniya hakimiyyətinin ölkədə baş verən daşqınlar səbəbindən yaranmış
fəlakətlə mübarizə üsulundan narazıdırlar.

Bəs ölkədə son vəziyyət nə yerdədir? İtkilərin sayı artıbmı? Hadisənin
fəsadlarının qarşısının alınmaması nə ilə bağlıdır və hökumət hansı tədbirləri
görür?

Baş verənlərlə bağlı Cixisyolu.com-a İspaniya Azərbaycanlıları Birliyinin sədri Vahid
İmanov məlumat verib. Onun sözlərinə görə, hadisə nəticəsində ölənlərin sayı
200 nəfəri keçib və bu rəqəmin artacağı gözlənilir:

“Çünki məlumatlar hələ tam dəqiqləşdirilməyib. Təbii fəlakətdən ən çox
Valensiya əyaləti zərər çəkib. Hətta bölgənin, demək olar ki, 50-60 faizinə
ziyan dəyib. Xilasetmə işləri isə hələ də davam edir. Ölkə kralı iki gündür ki,
həmin ərazidədir. Həmçinin, digər rəhbər şəxslər də ərazidə davamlı olaraq
görülən işlərə şəxsən nəzarət edirlər. Hazırda su altında qalan evlər və
obyektlərdə xilasetmə işləri aparılır. Həyatın əvvəlki axarına düşməsi üçün 24
saat ərazidə iş gedir. İtkilərin artıb-artmadığı kəndlərdə olan insanları
hesabladıqdan sonra bilinəcək”.

Müsahibimiz deyib ki, İspaniyada hər bölgənin özünəməxsus problemləri var:

“Mən Kastilya və Leon əyalətinin Medina de Pomar şəhərində yaşayıram.
Fəlakətin baş verdiyi ərazi – Valensiya isə İspaniyanın cənubundadır. Burada da
hər bölgənin özünəməxsus problemləri var. Hazırda bizim bölgədən Valensiya üçün
ianələr toplanır, yardımlar aparılır. Çünki Valensiya bölgəsi az qala yox olub.
Elə kəndlər var ki, onlardan əsər-əlamət qalmayıb. Bu baxımdan, Avropa Mərkəzi
Bankı da İspaniyaya külli miqdarda yardım ayırıb. Amma hələ də dəymiş zərərin
dəqiq miqdarı hesablanmayıb. Bu da əbəs deyil, təsəvvür edin ki, təkcə
yüzminlərlə maşın tamamilə sıradan çıxıb”.

“Valensiya əyaləti dəniz səviyyəsindən çox da hündürdə deyil. Ən böyük problem
isə korrupsiyanın hökm sürməsi ilə bağlıdır. Belə ki, uzun müddətdir ki, yerli
hakimiyyətdə təmsil olunan Xalq Partiyası həmişə korrupsiya və qeyri-qanuni
fəaliyyətlərlə tanınıb. Ona görə də problemin qarşısını almaqda çətinlik
çəkdilər və hadisə yerində də qəzəbli xalq kütləsi ilə qarşılaşdılar. Lakin son
məlumatlarda deyilir ki, krala edilən hücumlara görə əyalət prezidenti və ya
baş naziri, yəni buna məsul şəxslər arasında həbslər ola bilər. Çünki ölkə
rəhbərinə bu dərəcədə radikal hücumlar etmək adi hal deyil.

Bizim bölgədə yerli idarəetmədə sosialistlər təmsil olunurlar. Burada
qanunsuzluq cənub əyalətindəki kimi deyil. Düzdür, bizim əyalət İspaniyanın ən
böyük əyaləti olsa da, həm də ən kasıb əyalətidir, amma proseslər qanunla
tənzimlənir. Ona görə də bizdə vəziyyət daha yaxşıdır”, – deyə İmanov əlavə
edib.

O, Valensiyada yaşayan soydaşlarımızdan da danışıb:

“Valensiyada yaşayan azərbaycanlılarla mütəmadi əlaqə saxlayıram.
Soydaşlarımız arasında yalnız bir nəfərin avtomobillərinə zərər dəyib. Digər
soydaşlarımız arasında, şükür ki, itki yoxdur, mülklərinə də zərər dəyməyib”.

Mərahim Nəsib

Source link