fccb33ca-966c-4295-b4e1-ab0196f2228b..jpg

İspaniyanın “Barselona” klubu yarımmüdafiə xəttini yeni futbolçu ilə gücləndirməyi planlaşdırır

Baxış sayı: 438 dəfə baxılıb.

İspaniyanın “Barselona” klubu yarımmüdafiə xəttini yeni futbolçu ilə
gücləndirməyi planlaşdırır
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

İspaniyanın “Barselona” klubu yarımmüdafiə xəttini yeni futbolçu ilə
gücləndirməyi planlaşdırır.

Kataloniya təmsilçisinin əsas hədəfi “Jirona”da çıxış edən Aleiş Qarsiyadır.

Bu barədə jurnalist Jerar Romero özünün “Twitter” hesabında məlumat yayıb.

26 yaşlı yarımmüdafiəçinin klubu ilə müqaviləsində 20 milyon avroluq
sərbəstqalma maddəsi var. “Barselona” ispan oyunçunu daha aşağı məbləğə
transfer etmək üçün danışıqları davam etdirir.

Qeyd edək ki, “Jirona” Aleiş Qarsiyanı 2021-ci ilin yayında “Eybar”dan
transfer edib. O, cari mövsümdə komandanın heyətində meydana çıxdığı 18 rəsmi
matçda 3 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb.

Source link