5653180f-2b84-4062-a530-ad1cd02ab4b9..jpg

İspaniyanın baş nazir əvəzi Hindistanda keçiriləcək G20 sammitinə qatılmayacaq

Baxış sayı: 581 dəfə baxılıb.

İspaniyanın baş nazir əvəzi Hindistanda keçiriləcək G20 sammitinə qatılmayacaq

İspaniyanın baş naziri səlahiyyətlərini icra edən Pedro Sançes Hindistanda
keçiriləcək G20 sammitində iştirak edə bilməyəcək.

Pedro Sançes bu barədə “X” sosial hesabında paylaşım edib.

“COVID-19 testim müsbət çıxdı və buna görə də G20 sammitində iştirak üçün Yeni
Delhiyə gedə bilməyəcəyəm”, – deyə baş nazir əvəzi bildirib.

Siyasətçi, həmçinin, özünü yaxşı hiss etdiyini qeyd edib.

Sançesin sözlərinə görə, İspaniyanı onun əvəzinə baş nazirin müavini, iqtisadi
işlər və rəqəmsal transformasiya naziri Nadya Kalvinyu və xarici işlər naziri
Xose Manuel Albares təmsil edəcəklər.

Qeyd edək ki, Hindistan 1 dekabr 2022-ci ildən başlayaraq G20-yə sədrlik edir.
Qrupun sammiti sentyabrın 9-10-da Yeni Delhidə baş tutacaq. Tədbirə G20-yə üzv
ölkələrin liderləri, həmçinin doqquz qonaq dövlət dəvət olunub ki, bunlar
Banqladeş, Misir, İspaniya, Mavriki, Nigeriya, Niderland, Birləşmiş Ərəb
Əmirlikləri, Oman və Sinqapurdur.

Mənbə: MK.ru

Source link