e4b8634b-970e-40b5-948e-c330088b7d7b..jpg

İsrailə dəstəyini ifadə edən Türkiyənin daha bir futbolçusuna qarşı araşdırma başlanılıb – FOTO

Baxış sayı: 492 dəfə baxılıb.

İsrailə dəstəyini ifadə edən Türkiyənin daha bir futbolçusuna qarşı araşdırma
başlanılıb – FOTO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Türkiyədə bilək sarğısına yazılan ifadələrlə İsrailə dəstək verən və bu
səbəbdən saxlanılan “Antalyaspor”un israilli futbolçusu Saqiv Jehezkeldən sonra
daha bir oyunçu dəstək paylaşımı edib.

“Başakşehir” klubunun israilli futbolçusu Eden Karzev “Instagram” hesabında
etdiyi paylaşımla İsrailə dəstəyini ifadə edib.

Eden Karzevin paylaşımında Jehezkelə bənzər şəkildə “100 gün” sözləri yer alıb
və girovların azad olunması tələb edilib.

“Başakşehir” klubu futbolçunun bu paylaşımından sonra açıqlama yayıb.

“Şəxsi sosial media hesabından ölkəmizin həssas olduğu mövzulara zidd paylaşım
edən və bununla da klubun intizam qaydalarını pozan Eden Karzev haqqında
araşdırma başladılıb. Bu məsələ ilə bağlı futbolçudan özünü müdafiə etməsi üçün
yazılı izahat tələb olunub”, – deyə klubun açıqlamasında bildirilib.

Xatırladaq ki, Türkiyənin “Antalyaspor” futbol klubunun israilli futbolçusu
Saqiv Jehezkel “Trabzonspor”la oyunda qol vurduqdan sonra etdiyi əl hərəkətinə
görə saxlanılıb.

O, biləyindəki sarğıda olan yazıları ekranlara göstərib. Yazıda
İsrail-Fələstin qarşıdurmasının başlanma tarixi olan “7 oktyabr, 100-cü gün” və
İsrail bayrağına işarə edən simvollar olub.

İstintaq çərçivəsində israilli futbolçuya qarşı “ictimaiyyəti kin və
düşmənçiliyə sövq etmək” maddəsi üzrə ittiham qaldırılıb.

Futbolçu polis bölməsindəki prosedurlardan sonra sərbəst buraxılıb və
azadlıqda qalmaq şərt ilə istintaq prosesi davam edir.

Mənbə: Haber Global

Source link