İsrail “Amnesty International” insan haqları təşkilatını antisemitizmdə
ittiham edir
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
İsrail Londonda yerləşən beynəlxalq insan haqları təşkilatı “Amnesty
International”ı antisemitizmdə və yəhudi dövlətinə qarşı qərəzli münasibətdə
ittiham edib.
Bu, onun Yaxın Şərq münaqişəsinin hər iki tərəfinin beynəlxalq müharibə
qaydalarını pozduğunu deməsindən sonra baş verib
Bunu Politico qəzetinin Avropa versiyası yazır.
İsrail Xarici İşlər Nazirliyinin sözçüsü Lior Hayat nəşrə müsahibəsində deyib:
“Amnesty İnternational” İsrailə qarşı qərəzli antisemit təşkilatıdır. O, insan
haqları təşkilatı adlandırılacaq qədər nüfuzlu deyil”.
O, həmçinin əlavə edib ki, oktyabrın 7-də Fələstin HƏMAS silahlılarının İsrail
dövlətinin ərazisinə hücumundan sonra hüquq müdafiəçilərinin susması “Amnesty
İnternational”ın terrorçuların maraqlarına xidmət edən təbliğat strukturu
olduğunu nümayiş etdirir. Qəzet xatırladır ki, cümə axşamı təşkilatın baş
katibi Aqnes Kallamard mülki əhalinin müdafiəsi üçün təcili tədbirlərin
görülməsinin zəruri olduğunu deyib və hər iki tərəfi atəşkəsə çağırıb.
Mənbə: TASS