İsrail hərbçiləri Qəzza zolağında yerləşən bir neçə hədəfə aviasiya və tanklardan atəş açıblar.
ÇıxışYolu.Com “RİA Novosti”yə istinadla xəbər verir ki, İsrail ordusunun nümayəndələri bunun Fələstin tərəfindən açılan atəşə cavab addımı olduğunu bildiriblər.
Tərəflərin itkiləri haqqında rəsmi açıqlama verilmir.
“Qəzza zolağının cənubunda meydana gələn iğtişaşlar zamanı hərbçilərə atəş açılıb. İsrail müdafiə ordusu aviasiya və tanklardan istifadə edərək terrorçularz məxsus bir neçə hədəfə zərbələr endirib”, – məlumatda deyilir.