dca5d1d0-fe11-409c-89e8-0279bc017138.jpg

İsrail baş nazirinin ofisindən məlumat sızması səbəbi ilə bir neçə nəfər saxlanılıb

Baxış sayı: 148 dəfə baxılıb.

İsrail kəşfiyyat orqanları Baş nazir Benyamin Netanyahunun ofisindən məxfi
kəşfiyyat məlumatlarının sızması ilə bağlı bir neçə şübhəlini saxlayıb.

Cixisyolu.com xəbər verir ki, bu barədə “The Times of Israel” nəşri məlumat yayıb.

Nəşrin məlumatına görə birgə əməliyyatı polis, ordu və İsrail Baş
Təhlükəsizlik Xidməti həyata keçirir.

Şübhəlilər saxlanılaraq istintaqa aparılıb. Səlahiyyətlilər hesab edirlər ki,
sızıntı İsrailin hərbi məqsədlərinə çatmasına mane ola bilərdi.

Source link