İsrail Beyrut yaxınlığındakı HƏMAS qərargahını vurdu: Ölənlər var – VİDEO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Fələstinin HƏMAS radikal hərəkatının siyasi bürosunun sədr müavini Saleh
əl-Aruri öldürülüb.
O, Beyrut (Livan) ətrafında yerləşən şiələrin yaşadığı Dahiya qəsəbəsində
həlak olub.
Məlumata görə, İsrail PUA-sı buradakı HƏMAS qərargahına zərbə endirib.
HƏMAS hücum nəticəsində ümumilikdə yeddi nümayəndəsinin həlak olduğunu
açıqlayıb. Onların arasında “İzzəddin əl-Qəssam” briqadasının komandiri Əbu
Amer kimi tanınan Samir Fəndi də olub.
Mənbə: TASS