İsrail “Buk” və “S-200” komplekslərini bombalayıb

İsrail “Buk” və “S-200” komplekslərini bombalayıb

Baxış sayı: 2. 518 dəfə baxılıb.

İsrail aviasiyası Suriyaya endirilən hava zərbələrində “Buk-M1-2”, “S-200” və “S-75” sistemlərini hədəfə alıb.

ÇıxışYolu.Com xəbər verir ki, bu barədə İsrail müdafiə nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Məlumatda bu sistemlər NATO təsnifatına müvafiq olaraq “SA-17”, SA-5” və “SA-2” olaraq göstərilib.

Hava zərbələri eyni zamanda Suriya ordusunun “Pansir-C1” (SA-22)  zenit-raket top kompleksinə tuş gəlib.

SAXAL əmin edir ki, Suriyanın HHM kompleksləri İsrail qırıcılarını vurmağa cəhd etdiyinə görə bombalanıb.

Holan yüksəkliklərindəki İsrail mövqelərinə raketlərin atılmasından sonra Tel-Əviv mayın 10-da “F-15” və “F-16” qırıcılarını havaya qaldırıb. İki saat ərzində İsrail hava qüvvələri 60 aviazərbə endirib. Bundan savayı Suriyaya 10 taktiki “torpaq-torpaq” tipli raketlər buraxılıb.

Rusiyada 90-cı illərdə istehsal olunmuş “Buk-M1-2” kompleksi Suriya HHM sisteminin ən müasir komplekslərindən sayılır. Suriya ordusunda 20-ə yaxın müxtəlif modifikasiyalı “Buk” komplekslərinin olduğu bildirilir.

.
www.ÇıxışYolu.Com