İsrail parlamentində qondarma “erməni soyqırımı”nın tanınması ilə əlaqədar plenar iclas keçiriləcək.
ÇıxışYolu.Com “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə İsrail parlamentinin mətbuat xidməti məlumat yayıb.
Qərar buna qədər oxşar təşəbbüsə əngəl olmağa çalışan İsrail hökumətinin narazılığı ilə qarşılanıb.
Məlumata görə, müvafiq təkliflə solçu “Merets” partiyasının lideri Tamar Zandberq çıxış edib.
Məsələnin əvvəllər olduğu kimi komissiyada deyil, parlamentin tam heyətlə müzakirəsinin lehinə iclasda iştirak edən 16 deputat səs verib. Debatların tarixi hələ ki, təyin edilməyib.
Bu ilin fevralında İsrail Knesseti qondarma “erməni soyqırımı”nın tanınması ilə bağlı qanun layihəsini rədd edib.
Xatırladaq ki, ABŞ-ın İsraildəki səfirliyini Qüdsə köçürməsi və Qəzzada mülki etirazçıların İsrail hərbçiləri tərəfindən qətlə yetirilməsi İsrail-Türkiyə münasibətlərinin gərginləşməsinə səbəb olub.