ea29a27c-0d93-420e-890e-3211dcf9da37..jpg

İsrail “Eurovision” üçün nəzərdə tutulmuş mahnısını dəyişəcək

Baxış sayı: 453 dəfə baxılıb.

İsrail “Eurovision” üçün nəzərdə tutulmuş mahnısını dəyişəcək
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

İsrailin “Kan” ictimai yayım korporasiyası ölkəni “Eurovision” musiqi
müsabiqəsində təmsil etməli olan mahnının sözləri üzərində işləməyə hazırdır.

Bu barədə “Kan”dan verilən bəyanatda deyilir.

Qeyd edək ki, bu qərar İsrailin kompozisiyasında siyasi komponent görən Avropa
Yayım Birliyi (AYB) ilə fikir ayrılıqları fonunda verilib.

İsrail tərəfindən bu il baş tutacaq “Eurovision” müsabiqəsi üçün İsrailin Kfar
Sava şəhərində anadan olan, lakin uşaqlığını Rusiyada keçirən və burada musiqi
karyerasına başlayan 20 yaşlı Eden Qolanın ifa etdiyi “October Rain” (Oktyabr
yağışı) mahnısı seçilib.

Qolan üçün hazırlanan “Dancing Forever” (Əbədi rəqs) adlı başqa bir mahnı da
rədd edilib.

Mənbə: TASS

Source link