f14eaf88-1c06-49e9-98b8-cc79779848a6..jpg

İsrail Hələb hava limanına aviazərbə endirib – VİDEO

Baxış sayı: 913 dəfə baxılıb.

İsrail Hələb hava limanına aviazərbə endirib – VİDEO

Suriya Müdafiə Nazirliyi martın 22-də səhər tezdən İsrailin Hələb hava
limanına aviazərbə endirdiyini elan edib.

Qeyd olunur ki, bu, hava limanına bu ay ikinci, son altı ayda isə üçüncü
zərbədir.

Hadisə nəticəsində ölən və yaralananlar barədə məlumat verilmir.

Hava limanında uçuş-enmə zolağı bağlanıb.

İsrail qırıcı təyyarələrinin Aralıq dənizi üzərindəki hava məkanından hava
limanına bir neçə raket atdığı, sahilyanı Latakiya şəhərinin qərbində partlayış
səslərinin digər bölgələrdə də eşidilməsinə səbəb olduğu qeyd edilir.

Mənbə: SANA


Source link