İsrail hərbçiləri “Anadolu”nun müxbirini yaralayıb – FOTO

İsrail hərbçiləri “Anadolu”nun müxbirini yaralayıb – FOTO

Baxış sayı: 2. 597 dəfə baxılıb.

Qəzza- İsrail sərhədində Türkiyənin “Anadolu” xəbər agentliyinin fotomüxbiri Əli Cadallah İsrail  yaralanıb.

ÇıxışYolu.Com xəbər verir ki, insident fələstinlilərin “Böyük qayıdış yürüşü” aksiyasının doqquzuncu həftəsinə hazırlıqları ilə bağlı reportajın hazırlanması zamanı baş verib.

İsrail hərbçiləri “Anadolu”nun müxbirini yaralayıb – FOTO

Məlumata əsasən, İsrail hərbçilərinin atdığı gözyaşardıcı qaz balonu 28 yaşlı Cadallaha dəyib.

Jurnalist Qəzzanın “Şəfa” hospitalına çatdırılıb.

Qeyd edək ki, martın 30-dan bəri Qəzzada baş verən toqquşmalarda 115 fələstinli İsrail hərbçiləri tərəfindən qətlə yetirilib. 13 mindən çox insan gülə yarası alıb və ya gözyaşardıcı qazın təsirindən zəhərlənib.

İsrail hərbçiləri “Anadolu”nun müxbirini yaralayıb – FOTO.
www.ÇıxışYolu.Com